BolgeXeber.Com » Xəbərlər » Ali Məhkəmə bloqger Mehman Hüseynovla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib
Ali Məhkəmə bloqger Mehman Hüseynovla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib
29-09-2017, 13:43
Oxunub: 3 886
Bu gün Ali Məhkəmədə bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib
Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti qismən təmin edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən həmin məhkəməyə qaytarılıb.
Porosesdə M.Hüseynovun məhkəməyə gətirilmədiyi və onun məhkəməyə iki ərizəsinin daxil olduğu elan olunub.
Hakim bildirib ki, M.Hüseynov vəkili Elçin Sadıqov və özünün kassasiya şikayətindən imtina etdiyini deyib, digər vəkilləri Şəhla Hümbətova ilə Fuad Ağayevin kassasiya şikayətinə bağılmasını istəyib.
Məhkəmə birinci kassasiya şikayətinə xitam verilməsi və digər kassasiya şikayətinə baxılması barədə qərar çıxarıb.
Onun digər ərizəsi isə özünün məhkəmə iclasında iştirak etməsi olub.
Məhkəmə ərizəni təmin etməyib.
Daha sonra M.Hüseynovun vəkilləri və ittiham tərəfinin nümayəndəsi çıxış edib. M.Hüseynovun vəkilləri kassasiya şikayətinin təmin edilməsini istəyib, ittiham tərəfinin nümayəndəsi isə kassasiya şikayətinin təmin edilməməsini tələb edib.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti təmin edilməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər