BolgeXeber.Com » Xəbərlər » Növbəti səyyar qəbulda Sarıcalı kənd sakinlərinin müraciətləri dinlənildi-Tərtərdə
Növbəti səyyar qəbulda Sarıcalı kənd sakinlərinin müraciətləri dinlənildi-Tərtərdə
30-09-2017, 10:29
Oxunub: 3 450
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır
Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
Bolgexeber.com xəbər verir ki,bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və KİV nümayəndələrinin iştirakı ilə Sarıcalı kəndində keçirildi.
Kənd sakinlərindən Səttar Muradov, Aydın Teymurov, Mayıl Məhərrəmov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar.
Qeyd olundu ki, Sarıcalı və Zolgörən kəndlərini birləşdirən Tərtər çayının üzərindən 105 metir uzunluğunda yeni körpü salınmışdır. Respublika Prezidentinin Sərəncamı ilə kənddə iki yeni subarrtezian quyusu istifadəyə verilmişdir ki, bu da əkin sahələrinin suvarılmasında, eləcə də pambıq sahələrinin becərilməsində olan çətinliyi aradan qaldırmış, bu il bol məhsul əldə olunmuşdur. Hazırda pambıq toplanışı davam edir. Kənd sakinləri göstərilən diqqət və qayğıya, Sarıcalı-Zolgörən körpüsünün açılışında iştirakına görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Kəklik Əliyeva, Rabil Ağayev bir ədəd subartezian quyusunun qazılmasına, Zolgörən kənd körpələr evi-uşaq bağçasının təmirinə, Aynur Babayeva isə tibb məntəqəsinin təmirə ehtiyac olduğunu dilə gətirdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər