Fəzail Ağamalının oğlundan qəza xəbərinə sərt REAKSİYA
3-10-2017, 10:57
Oxunub: 2 791
“Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki?!”
“Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki?!”
Bolgexeber.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev qardaşı Yalçın Ağamalıyevin piyadanı vurması xəbərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yalan xəbər yayanlar barədə ölçü götürüləcək.
“Bu cür informasiyanı yayanların kimliyini araşdıracağıq. Nəsimi Rayon Polis bölməsi ilə də əlaqə saxlayacağıq. Yuxarı dairələrdən də yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”.
Qeyd edək ki, Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi xəbər yayılıb. Xəbərə görə, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Bildirilib ki, nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər