BolgeXeber.Com » Xəbərlər » Sürücü "Azərsığorta"dan narazıdır - Dəymiş ziyanı ala bilmir - VİDEO

Sürücü "Azərsığorta"dan narazıdır - Dəymiş ziyanı ala bilmir - VİDEO

4-10-2017, 09:50
Oxunub: 2 051 Sürücü "Azərsığorta"dan narazıdır - Dəymiş ziyanı ala bilmir - VİDEOQəzaya düşən sürücü sığorta şirkətindən dəymiş ziyanı ala bilmir

Hadisə Cəlilabad sakini Eldar Mirzəyevin başına gəlib. Sürücünün sözlərinə görə, yol-nəqliyyat hadisəsi avqust ayında paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Sürücü Eldar Mirzəyev qəzadan sonra avtomobilini ustaya aparıb və ona dəymiş ziyanı hesabladıb. Zərərçəkmiş iddia edir ki, onun avtomobilinin 700 manat xərci var. S
O, məsələ ilə bağlı dəfələrlə hadisəni törədən sürücünün icbari sığorta şirkətinə müraciət etsə də, bildiriblər ki, onlar yalnız 200 manat verə bilərlər.
Məsələ ilə bağlı adı hallanan "Azərsığorta" şirkətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, vətəndaşa dəymiş ziyanı şirkətin ekspertləri araşdırma apardıqdan sonra qiymətləndiriblər. Ola bilsin ki, həmin şəxs dəymiş ziyanı şişirdir. Əgər sürücü narazılıq edirsə, yenidən icbari sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Bu halda qiymətləndirmə sürücünün öz iştrakı ilə həyata keçirilə bilər.