BolgeXeber.Com » Xəbərlər » Qəbələdə yeni istifadəyə verilmiş keçid baxımsız vəziyyətdə - zibilxanaya çevrilib - VİDEO

Qəbələdə yeni istifadəyə verilmiş keçid baxımsız vəziyyətdə - zibilxanaya çevrilib - VİDEO

4-10-2017, 11:49
Oxunub: 1 744 Qəbələdə yeni istifadəyə verilmiş keçid baxımsız vəziyyətdə - zibilxanaya çevrilib - VİDEOQəbələdə bir neçə il əvvəl istifadəyə verilmiş keçid yararsız vəziyyətə düşüb

Xezerxeber.az-ın məlumatına görə, divarlardakı üzlük daşlar sınıdırlıb, içərisinə tullantılar atılıb, keçid zibilxanaya çevrilib.
Bir neçə il əvvəl salınan və şəhərin əsas magistral yollarından birinin üzərində yerləşən keçid yararsız vəziyyətə düşüb. Divarlardakı üzlük daşlar və dəmir tutacaqlar sındırılıb. Keçid istifadəsiz qaldığı üçün sakinlər əllərinə keçən tullantıları ora atıblar.
Sakinlərin sözlərinə görə, keçid spirtli içki aludəçilərinin və səfil həyat tərzi sürən insanların məskəninə çevrilib. Bu səbəbdən də qadınlar və uşaqlar oradan keçməyə qorxurlar.
Məsələ ilə bağlı Qəbələ rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, keçidlər ən yaxın zamanda təmir ediləcək. Artıq hazırlıq işləri də görülüb. Oradakı digər xoşagəlməz halların aradan qaldırılması üçün də aidiyyəti qurumlara tapşırıqlar veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bolgexeber.com