BolgeXeber.Com » Xəbərlər » QNET Rusiyada 500 nəfəri bir yerə topladı: Xeyriyyə marafonu

QNET Rusiyada 500 nəfəri bir yerə topladı: Xeyriyyə marafonu

4-10-2017, 20:04
Oxunub: 2 468 QNET Rusiyada 500 nəfəri bir yerə topladı: Xeyriyyə marafonuRusiyanın Novosibirsk əyalətində, Mixaylovsk sahilyanı ərazidə birbaşa satış biznesi üzrə dünyada lider olan QNET-in dəstəyi ilə sağlam həyat tərzi üçün xeyriyyə yürüşü keçirilib

Start xəttində 500-dən çox müstəqil nümayəndə iştirak edib. İştirakçılar 4 kilometr məsafəni keçməli olublar. Təşkilatçılar marşrutu elə müəyyən ediblər ki, burada müxtəlif hazırlıq səviyyəsində olan şəxslər qaça bilsinlər. Əvvəla qaçış Qorodkoye parkından başlayıb - Mixaylovsk sahilindən Metromosta qədər, daha sonra isə geriyə davam edib.

Bu insanlar QNET şirkətində biznes sahəsində çalışmaqla yanaşı, həm də idmanla məşğul olurlar.
QNET Rusiyada 500 nəfəri bir yerə topladı: Xeyriyyə marafonu

Şirkətin müstəqil nümayəndəsi xeyriyyə yürüşü ilə bağlı bunları deyib: "Rusiyanın müxtəli regionlarından – Ulan Ude, Krasnoyarsk, Tomsk, Kemerova, Biysk və digər şəhərlərdən olan tərəfdaşlarımızla bir yerə toplaşmışıq və bu gün vahid komanda kimi Novosibirskdə öz şirkətimizi təmsil edirik".

Yarışın iştirakçılarından İrina Mojayskaya da tədbirlə bağlı fikirlərini şərh edərkən deyib ki, idmanda daha çox bodibildinqə üstünlük verir, amma qaçış imkanlarını da əldən vermir. O əmindir ki, 4 min metr idmanla məşğul olan üçün böyük məsafə deyil. Tədbir ideyası mənim çox xoşuma gəldi. Birincisi, mən təhsil baxımdan həkiməm və mən prinsipcə sağlam həyat tərzi tərəfdarıyam. İkincisi isə bu tədbir həm də xeyriyyəçiliklə bağlıdır. Yəni biz burada təkcə qaçmırıq, həm də kömək edirik".
QNET Rusiyada 500 nəfəri bir yerə topladı: Xeyriyyə marafonu

Qeyd edilib ki, QNET inteqrasiya mərkəzinə yardım edir. Bu ictimai təşkilat əlillərin sosial müdafiəsi ilə məşğul olur. Birgə səylər nəticəsində də mərkəzin hesabına 200 min rubl pul keçirilib.

QNET Rusiya Agentliyinin rəhbəri Vladimir xeyriyyə iştirakçılarının əksəriyyətinin gənclər olduğunu vurğulayıb: “Bu işlə məşğul olan insanların çoxu marafonda iştirak etməyə və sağlam həyat tərzi ilə məşğul olmağa hazır olan gənclərdir”.

Yarışın qalibi Konstantin 1-ciliyi əldə etməsindən danışıb: "Bəli, mən bütün yolboyu inanırdım ki, birinci gələcəm. Ona görə də mən qaçdım və təslim olmadım. Birinci olmağı qarşıma məqsəd qoymuşdum".


QNET haqqında:

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distributorlarını onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Futbol, Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Daha çox informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz www.qnet.net.


Bolgexeber.com