BolgeXeber.Com » Xəbərlər » Rusiyada qatarla avtobus toqquşub: 20-yə yaxın qurban var - VİDEO

Rusiyada qatarla avtobus toqquşub: 20-yə yaxın qurban var - VİDEO

6-10-2017, 11:07
Oxunub: 1 598 Rusiyada qatarla avtobus toqquşub: 20-yə yaxın qurban var - VİDEORusiyanın Vladimir əyalətində qatarla avtobusun toqquşması nəticəsində azı 17 nəfər həlak olub

Bu barədə hüquqmühafizə orqanlarından TASS-a bildirilib.
Bundan başqa 2 uşaq reanimasiya şöbəsinə qaldırılıb, daha 12 nəfər isə təcili yardım maşını ilə xəstəxanalara aparılıb.
İlkin məlumatlara görə, qəzaya səbəb avtobus sürücüsünün yol-hərəkət qaydalarını pozması olub.
«Avtobus işıqforun qadağan siqnalından keçib», - deyə hüquqmühafizə orqanları bildirib.
Hadisə yerli vaxtla 03:39-da baş verib. Qəzaya Qazaxıstan avtobusu düşüb.
Toqquşma Sankt-Peterburq - Nijniy Novqorod marşrutu ilə hərəkət edən qatarla baş verib. İlkin məlumatlara görə, avtobusda 56 nəfər olub.

faktxəbər