Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?
11-10-2017, 18:07
Oxunub: 2 200
Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:
"Yəni, asteroid Ayın orbitini kəsəcək. Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".
X.Mikayılov deyib ki, asteroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Asteroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".
X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman