"Qanuni oğrular" "Lotu Quli" ilə görüşdə - FOTO
27-10-2017, 09:18
Oxunub: 5 617
İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir
Bolgexeber.com azfakt.com-a istinadən xəbər verir ki, İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən "qanuni oğru"lar baş çəkiblər. Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn "qanuni oğru"lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub.
Saytın əldə etdiyi fotoda "Lotu Quli" tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, "qanuni oğru"lar Rafət Əlibayramlinski, Saşa Kuşner və ona yaxın olan dostlarının əhatəsindədir.
Xatırladaq ki, "Lotu Quli" həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün Nadir Səlifov Gürcüstana getmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər