BolgeXeber.Com » Xəbərlər » DTX antiterror əməliyyatı ilə bağlı görüntüləri yaydı

DTX antiterror əməliyyatı ilə bağlı görüntüləri yaydı

28-10-2017, 09:43
Oxunub: 1 780 DTX antiterror əməliyyatı ilə bağlı görüntüləri yaydıDövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları yayıb

Kadrlarda Milli Şuranın 28 oktyabr tarixində keçirəcəyi mitinqdə terror aktı törətməyə hazırlaşan şəxslərin görüntüləri və səs yazıları əks olunub.

Qeyd edək ki, oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.