Qatardan qaçan “Qoca” haradadır?: “Gizli yolla ölkədən çıxmaq istəyir...”
28-10-2017, 11:05
Oxunub: 1 715
Hazırda məhkum Etibar Məmmədovun ölkə daxilində, yaxud xaricdə olması haqda məlumat yoxdur
Xəbər verdiyimiz kimi, ötən gün keçirilən xüsusi əməliyyat zamanı Bakı-Astara-Bakı qatarından qaçan məhkumlardan biri Əli Ağami Şirvanda tutularaq istintaqa təhvil verilib. Digər məhkum, "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov isə hələ də tapılmayıb. Onun axtarışları davam etdirilir.
Dörd gündür ki, ölkə gündəmini zəbt edən həbsxana qaçışları ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Bir çoxları kriminal dairələrdə nüfuz sahibi olan "Qoca”nın ölkədən gizli yolla çıxarıldığını iddia edir.
Bolgexeber.com-un məlumatına görə, sabiq polis rəisi, ekspert Mahmud Hacıyev AzVision.az-a bildirib ki, həbsxanadan qaçan şəxslərin əsas məqsədi gizli yolla ölkədən çıxmaq olur.
"Qaçan şəxs düşünür ki, ölkə daxilində onu tutmaq mümkündür. Amma xarici ölkədə ələ keçmək o qədər də asan deyil. Ötən gün keçirilən əməliyyat zamanı qaçan məhbuslardan biri Şirvanda tutuldu. Xaricdə isə onların tutulması, sonra isə ekstradisiya olunması çətin və vaxt aparan işdir. Qaçan şəxs xaricə getdikdə İnterpolun axtarışına verilir. Bunun üçün müəyyən sənədlər hazırlanır və prosedur bir qədər çətin olur. O baxımdan həbsdən qaçan şəxslərin ölkə daxilində tutulması daha rahatdır. Həmin şəxsin isə ölkə daxilin olub-olmaması məlum deyil. Axtarışlar davam etdirilir. Hesab edirəm ki, o, Azərbaycanda gizlənirsə, qısa zamanda həbs olunacaq” - ekspert deyib.
Hazırda məhkum Etibar Məmmədovun ölkə daxilində, yaxud xaricdə olması haqda məlumat yoxdur. Dörd gündür hüquq-müfazirə orqanlarının əməkdaşları onun axtarışlarını həyata keçirirlər. Anadan olduğu Hacıqabul və Şirvan şəhəri xüsusi nəzarət altındadır.
Xatırladaq k, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Hər iki məhkum qəsdən adam öldürmədə təqsirli bilinir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman naməlum şəraitdə yoxa çıxıblar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər