BolgeXeber.Com » Xəbərlər » Parkomat var, amma pul nağd şəkildə alınır - VİDEO

Parkomat var, amma pul nağd şəkildə alınır - VİDEO

30-10-2017, 10:22
Oxunub: 1 835 Parkomat var, amma pul nağd şəkildə alınır - VİDEOParkomat qoyulan ərazidə sürücülərdən pul nağd şəkildə alınır

Həm də 1 manatdan. Suruculərə heç 15 dəqiqə avtomobillərini pulsuz park etmə şansını da vermirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov stadionu istiqamətində olan çıxışından gedir.
Gözətçi otağında oturan şəxs ərazidən çıxan hər avtomobilin sürücüsündən nağd olaraq 1 manat pul alır. Baxmayaraq ki, elə həmin yerdə parkomat quraşdırılıb. Üstəlik, şlaqbaunların üzərinə xəbərdarlıq yazısı da yazılıb.
Araşdırmamız nəticəsində məlum oldu ki, gözətçi otağında oturan şəxs Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşıdır. Həmin şəxs ərazidə çəkiliş etdiyimizdən xəbərdar olsa da, buna məhəl qoymadan pul yığmağa davam edirdi...
Yaxınlaşıb müsahibə almaq istəyəndə isə özünəməxsus şəkildə cavab verib pəncərəni qapatmaq istədi.
Məsələ ilə bağlı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: