Fədayədən şok etiraf: Onu ömür boyu gözləməyə hazıram
31-10-2017, 17:36
Oxunub: 2 435
Tanınmış müğənni Fədayə Laçınla “Qoca” ləqəbli Etibar Məmmədovun sevgi romanı sən demə, türməyə düşməmişdən öncə başlayıbmış
Yeniçağ.az-ın xəbərinə görə, hələ 2015-ci il noyabrın 25-də müğənni "Speys" Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “Məhəbbət əhvalatları” verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.
Xanım sənətçi indiyə qədər heç yerdə danışmadığı sirlərini həmin verilişdə açıb-töküb.
Verilişin aparıcısı Mikayıl Güləddinoğlu həmin günü indiki kimi xatırlayır:
“Həmin verilişdə Fədayə Laçın ad çəkmədi, amma gizlin sevgi hekayəsini ilk dəfə olaraq bizə danışdı. Yadımdadır ki, bunu danışanda gözyaşlarına hakim ola bilmədi. Deyirdi ki, sevdiyi insan tanınmış adamdır, qızın da qəlbini mərdliyi ilə ələ alıb. Toyların birində tanış olublar. Fədayənin sənəti onu heyran edib. Sonradan bu münasibət sevgiyə çevrilib. Fədayə deyirdi ki, rayonda toyda olanda oğlan Bakıdan onu görməyə gəlirdi. Həmişə də hədiyyələr gətirirmiş… Etiraf etdi ki, doyunca sevgi yaşamadıq, o türməyə düşdü.
Həbsxanaya düşməzdən əvvəl Fədayə onunla yaşadığı xoş günləri də xatırlamışdı:
“O xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömürboyu gözləməyə hazıram”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər