Bakı-Qars qatarında bilet neçəyə olacaq? - Açıqlama
1-11-2017, 15:30
Oxunub: 2 781
Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təntənəli açılış mərasimi baş tutub
Sözügedən dəmir yolu vasitəsi ilə ildə 1 milyon 500 min sərnişinin daşınacağı deyilir. İctimaiyyəti maraqlandıran suallardan biri də qatarların hansı üstünlüklərə malik olması və qiymətidir.
Bu barədə danışan Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu sərnişinlərin istifadəsinə 2018-ci ildə veriləcək:
“2018-ci ildən etibarən sərnişinlər Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə səyahət edə biləcəklər, lakin qatarların hansı aydan etibarən sərnişinlərin ixtiyarına veriləcəyi dəqiq bilinmir. Qiymətlərin nə qədər olması məsələsi isə hələlik müəyyənləşdirilməyib. İlk vaxtlar bu dəmir yolu vasitəsilə yalnız yükdaşıma həyata keçiriləcək”.
Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu il oktyabrın 30-da istifadəyə verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər