Lotu Quliyə İstanbulda sui-qəsd: Lənkəranskinin qardaşı tutuldu - Foto
3-11-2017, 10:25
Oxunub: 3 573
İstanbul polisi qanuni oğru Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdin qarşısını alıb
Bolgexeber.com xəbər verir ki, bu barədə informasiyanı “Haqqin.az” saytı yayıb. Polis əməliyyatı dünən keçirib. Əməliyyat İstanbulun Bakırköy rayonunun “Ömür" ticarət mərkəzində baş tutub. Nəticədə 11 nəfərlik qrup yaxalanıb.
Bu qrupa mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev rəhbərlik edib. Onun qrupunda Orxan İsmayılov, Camal Həsənov, Əbdürrəhman Çolak, Orxan Ərgin, Hacı Ömər Ərtəkin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi, Məhməd Sabri Şirin adlı şəxslər olub.
Ələ keçirilən Camal Həsənovun Rusiyada axtarışda olduğu bildirilib. O, iş adamı Cabir Həsənovun ölümündə təqsirkar bilinir.
Qeyd edək ki, Lotu Quli bir müddət öncə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan dərhal sonra o, Azərbaycanı tərk edərək, İstanbula getmişdi.







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər