“AzSığorta” pulu alıb sənədi vermir - GİLEY
6-11-2017, 13:47
Oxunub: 3 975
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu “AzSığorta” ASC-dən şikayət edib
Cebhe.info xəbər verir ki, V.Zifəroğlu ödəniş etməsinə baxmayaraq, sənədlərini ala bilməməsindən şikayətçi olduğunu bildirib:
“Mən başa düşə bilmirəm! Bu "Azsığorta"nın bir başbiləni, işi normal idarə edəni yoxdur? Oktyabrın 14-də avtomobil sığortasının ödənişini etmişəm. Oktyabrın 17-dən də neçə dəfə zəng etmişəm ki, sığorta ilə bağlı sənədləri mənə verin. Hər dəfə zəng edəndə məni ələ salırlar. Müraciətimi güya qeydə alırlar! Amma sonra yenə də heç bir xəbər yoxdur! Belə də biabırçılıq olar? Rəhbərliyinin nömrəsini də tələb edirəm, verə bilməyəcəklərini deyirlər! Men dərdimi kimə deyim? Budur bunların sığorta xidməti? Bunlar hər addımda belə bizimlə olurlar?”
“Azsığorta” ASC-dən Cebhe.info-ya isə sualımızı cavablandıra bilməyəcəklərini dedilər:
“Biz ancaq sizin müraciətinizi qeydə alıb, rəhbərliyə təqdim edirik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər