BolgeXeber.Com » Xəbərlər » Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlu vəfat etdi-VİDEO

Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlu vəfat etdi-VİDEO

18-11-2017, 17:15
Oxunub: 7 974 Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlu vəfat etdi-VİDEODünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlu dünyasını dəyişib

"Qaynarinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, qaraciyər serrozundan əziyyət çəkən 50 yaşlı sabiq atlet 28 sentyabrdan bəri Memorial Ataşəhər Xəstəxanasında müalicə olunurdu. 6 oktyabr tarixində qaraciyər köçürülən Sümeymanoğlunun vəziyyəti ayın 11-də pisləşmiş və beyin qanaması səbəbilə əməliyyata alınmışdı. Bir qədər əvvəl onun ölüm xəbəri yayılıb.

23 yanvar 1967-ci ildə Bolqarıstanda doğulan Naim Süleymanoğlu kariyerası ərzində ağır atletika üzrə bir çox mükafatlara yiyələnib. 1988, 1992 və 1996-cı illərdə Yay Olimpiya Oyunlarının, 1985, 1986, 1989, 1991, 1993, 1994 və 1995-ci illərdə Dünya çempionatının qalibi olan atlet 1994 və 1995-ci illərdə Avropa çempionatının qızıl medallarını qazınıb.