Telefondakı o fotolar Canıyevi ələ verdi - Dəlil hesab edildi
20-11-2017, 12:38
Oxunub: 1 283
Kriminal avtoritet Lotu Quliyə qarşı sui-qəsd planı hazırlayan, lakin İstanbul polisinə yaxalanan “Şirinlər” və “Canıyev” dəstəsi ilə bağlı yeni fakt ortaya çıxıb
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Max” ləqəbli Mehmet Sabri Şirin və Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi 14 nəfərdən ibarət cinayətkar dəstə ittihamları qəbul etməyib.
Lakin dəstə üzvlərinin mobil telefonlarını araşdıran polis sübutlar əldə edib. Məlum olub ki, cinayətkar dəstə üzvləri Nadir Səlifov həbsdən azad edilib Azərbaycandan İstanbula getdiyi ərəfədə görüşməyə başlayıblar.
Bundan başqa, Canıyevin dəstəsinə daxil olan Orxan İsmayılov ilə “Şirinlər”in üzvü Hacı Ömər E.-nin telefonlarında eyni evə aid fotolar aşkarlanıb. İsmayılov tərəfindən Hacı Ömərə Lotu Qulinin qaldığı evin və yerləşdiyi küçənin görüntülərini göndərdiyi təsbit edilib.
Polis fotoların hücum öncəsi kəşfiyyat xarakterli çəkildiyini təsdiqləyib. Məhz həmin fotolar dəlil hesab edilərək 10 nəfər haqda həbs qətimkan tədbirinin seçilməsinə səbəb olub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər