Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub-FOTO
22-11-2017, 19:55
Oxunub: 4 374
22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib
Əvvəlcə ədliyyə işçiləri rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Tərtər Hərbi Məhkəməsində davam etdirilib.
Tədbir iştirakçıları hərbi məhkəmədə dahi rəhbərə həsr olunan guşələrlə, foto-stendlərlə tanış olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, O, Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
Sonda bir qurup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər