BolgeXeber.Com » Xəbərlər » Bu bərbər gözübağlı saç kəsir – VİDEO

Bu bərbər gözübağlı saç kəsir – VİDEO

25-11-2017, 11:58
Oxunub: 2 826 Bu bərbər gözübağlı saç kəsir – VİDEONövbəti xəbərimi bir saç ustasıyla bağlıdır. Onu bir çoxlarından fərqləndirən bacarığı isə gözləri bağlı şəkildə müştərinin saçını kəsməsidir. Usta , bu işə cəmi 10 dəqiqə vaxt sərf edir

Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. 20 ildir bərbərlik edən Bəhruz Mahmudov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb. O, həmkarlarından fərqli olaraq gözlərini bağlayıb saç kəsmək qərarına gəlib. Bunun üçün o, bir neçə müştərisinin saçının üzərində aylarla məşq edib. Sonda isə arzuladğı işi yerinə yetirə bilib.
Biz də onun bu qabiliyyətini sınağa çəkdik və gözlərini bir parça ilə bağladıq. Gözübağlı usta işə başladı.
Bəhruzun sözlərinə görə, gözləri bağlı olsa da, saçı hiss edərək kəsir.
Müştəriləri onun bu bacarığını maraqla qarşılasalar da, bir çoxları gözübağlı bərbərə saç kəsdirməyə risk etmirlər.