DİN-in təşəbbüsü ilə tədbir keçirilib
29-11-2017, 17:39
Oxunub: 2 909
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə paytaxtın Nizami rayonundakı Yeni Azərbaycan Partiyasının binasında tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə toplantısı keçirilib
Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov tədbiri açaraq toplantının məqsədini açıqlayıb və müzakirə ediləcək mövzuları elan edib. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” mövzusunda çıxış edən Ə.Əkbərov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Rayon Polis İdarəsinin və YAP-ın rəhbərliyi, İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın sədri ”Dini radikalizm”, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Erkən nikahların fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında, həmçinin VVAQ şöbəsinin, təhsil şöbəsinin əməkdaşları, narkoloq-həkimlər, psixoloqlar mövzular ətrafında çıxışlar ediblər.
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər