Tofiq Həsənova ədliyyə general-mayoru rütbəsi verildi - Sәrәncam
29-11-2017, 18:59
Oxunub: 2 475
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb
Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Etibar oğlu Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər