Bərdədə Beynəlxalq Əlillər günü silsilə tədbirlərlə qeyd edilib-FOTO
5-12-2017, 10:44
Oxunub: 4 319
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 3 dekabr Beynəlxalq Əlillər gününü silsilə tədbirlərlə qeyd edib
Bolgexeber.com xəbər verir ki, birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin müvafıq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur. Ölkəmizdə əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də tabeliyində olan mədəniyyət müəssisələri ilə 3 dekabr Beynəlxalq Əlillər gününü silsilə tədbirlərlə qeyd ediblər. Tədbirlərdə bütün sahələrdə olan inkişafdan və fiziki imkanları məhdud şəxslərə dövlət qayğısından söz açılıb.
Regional İdarənin tebeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzi, o cümlədən mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələri də 3 dekabr Beynəlxalq Əlillər gününü geniş şəkildə qeyd ediblər. 1, 3, 4 nömrəli şəhər klubları, şəhər Mədəniyyət sarayı, Hacılar kənd klubu, Kələntərli kənd Mədəniyyət evi, Qaraməmmədli kənd klubu, Mirzalıbəyli kənd klubu, Qəhrəmanlı kənd klubu, və digər klub müəssisələrinin təşkil etdikləri tədbirlərdə məhdud fiziki imkanlı şəxslərə dövlətin hərtərəfli diqqət və qayğısından danışılıb. O da qeyd olunub ki, əlillərə sosial xidmətlərin səviyyəsi yüksəlib və onların asudə vaxtlarının mənalı təşkili istiqamətində intensiv tədbirlər təşkil edilir.
Regional İdarənin Mingəçevir, Yevlax şəhərlərində, o cümlədən Tərtər rayon nümayəndəliyində də 3 dekabr Beynəlxalq Əlillər gününü silsilə tədbirlərlə qeyd edilib. Tədbirlərdə vurğulanıb ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
İdarənin Tərtər rayon nümayəndəliyinin Tarix–diyarşünaslıq muzeyində də “Beynəlxalq Əlillər günü” münasibəti ilə Tərtər rayon Əlillər və Şəhid ailələri cəmiyyətinin üzvüləri ilə görüş keçrilib.
Görüşdə Tərtər rayon Tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi A.Məmmədova ,cəmiyyətin sədri S.Yusifov, cəmiyyətin üzvü N.Heydərov və başqaları çıxış edərək əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlərin həyata keçirilməsindən danışıblar.
Tədbirlər əlillərin istəyinə uyğun olaraq konsert və kompozisiya proqramları ilə davam edib və sonda əlillərə hədiyyələr təqdim olunub.













Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər