BolgeXeber.Com » Xəbərlər » Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

5-12-2017, 16:18
Oxunub: 2 104 Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”"Söhbət intihardan getmir. 2 uşaq öz aralarında zarafatlaşıblar, qollarında cızıq əmələ gəlibsə, bunu intihar kimi qiymətləndirmək olmaz”

Bolgexeber.com-un Lent.az-a iistinadən məlumatına görə, bunu Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman İsmayılov ötən həftə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

Direktor müavininin sözlərinə görə, hadisə məktəbdən kənarda baş verib: "Hadisə baş verən kimi biz dərhal bu barədə Bakı Şəhər Təhsil İdarəsinə məlumat verdik. Onlar məktəbə nümayəndə göndərdilər. Eyni zamanda hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorunu da məktəbə dəvət etdik. Bu barədə şagirdlər arasında araşdırma apardıq. Şagirdlər ekspertizaya göndərildi. Ekspertiza təsdiq elədi ki, şagirdlər arasında intihardan söhbət gedə bilməz. Onlar arasında zarafatlaşma nəticəsində hər hansı bir cizgi əmələ gəlib. Bunu intihara cəhd kimi qiymətləndirməyi məqbul saymıram".

N. İsmayılov cızıqların kəsici alətlə kəsildiyini təkzib edir: "Uşağın qolunda cızıq da ola bilər, futbol oynayanda ayağı gipsə də düşə bilər. Həmin şagirdlərin valideynləri məktəbə dəvət olundu, izahatları alındı. Yəni uşağın qolundakı cızıqları yoldaşlar arasında zarafat kimi qiymətləndirirəm. Ailə ziyalı ailədir. Məktəbin 1826 şagirdi var. Özümüzü sığortalamaq üçün hadisə baş verən gün məktəb rəhbərliyi, məktəbin psixoloqu və tibb bacısı ilə birgə araşdırma apardıq, 5-ci sinifdən başlanmış 11-ə sinfə qədər bütün şagirdləri yoxladıq. Tibbi ekspertiza da təsdiqlədi ki, hadisənin intiharla əlaqəsi yoxdur".

Qeyd edək ki, 76 saylı orta məktəbin 6-cı sinif şagirdlərinin "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsdikləri iddia olunur.