BolgeXeber.Com » Xəbərlər » Fazil Məmmədov iş adamının şikayətinə görə vəzifədən çıxarılıb? - Tofiq Heydərovdan sensasion açıqlama
Fazil Məmmədov iş adamının şikayətinə görə vəzifədən çıxarılıb? - Tofiq Heydərovdan sensasion açıqlama
8-12-2017, 15:41
Oxunub: 2 630
"Heç bir şey səbəbsiz olmur.” Bunu iş adamı, "AAAF İnşaat” şirkətinin rəhbəri Tofiq Heydərov bildirib
İş adamı qeyd edib ki, heç bir kəsin ona görə pis duruma düşməsini arzulamır:
"Bu gün hamı məni təbrik edir. Bu təbrikin səbəbi Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən azad olunması, bizə qarşı hiylə quran bankın səlahiyyətlərinin alınması, mənim həbs olunduğumu yazan otuza yaxın saytın məhkəməyə verilməsi və s.bu işlə əlaqəli olan insanların cinayətə cəlb olunması məsələləridir. Açığı mənə çox ağır gəlir ki, kimlərinsə cəza almasına hardasa səbəb oluram. Mən həyatda heç bir kəsin mənə görə pis duruma düşməsini arzulamamışam. Mənə ən çox pislik edən insan üçün belə həmişə dua edərək Allahdan günahlarının bağışlanmasını istəmişəm. Çünkü qarşımda olan manelərin səbəbini və günahı özümdə axtarmışam. Şükürlər olsun çox vaxt buraxdığım səhflərimi anlayib nə zaman etdiyimi tapa bilmişəm. Heç bir şey səbəbsiz olmur və hər zaman Allahın mənə bu səhflərə görə nə qədər rəhm etdiyinin şahidi olmuşam. Əslində biz insanlar Allahın bizlərə bəxş etdiyi nemətlərə görə şükür etməyi demək olar ki, unutmuşuq. Çətin vaxtlarımızda günahlarımız yada düşür və Allaha dua borcumuzu qismən bu çətin vaxtlarda edə bilirik. Şükürlər olsun ki, Allah bizə ən bərəkətli neməti və gözəlliyi olan bir dövlət bəxş edib. Torpağımız necə güclüdürsə bu torpağın övladları da belə istedadlı və bacarıqlıdır. Ona görə bir birimizin qədrini bilək və yaxşı əməllərimizi həmişə önə çixaraq. Çalışaq ki, yıxılana balta vuranlardan olmayaq. Allah bütün vətəndaşlarımızın günahlarını bağışlasın və respublikamızı xarici qüvvələrin şərindən qorusun. Amin”
(Marja.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər