BolgeXeber.Com » Xəbərlər » "Lotu Quli"nin "instagram"da canlı yayım etməsinə reaksiya: - "Lotudursa..."-VİDEO
"Lotu Quli"nin "instagram"da canlı yayım etməsinə reaksiya: - "Lotudursa..."-VİDEO
8-12-2017, 16:28
Oxunub: 2 643
Bir müddət əvvəl azadlığa çıxan, daha sonra isə İstanbula köçən “Lotu Quli” ləqəbli Nadir Səlifov sosial şəbəkələr vasitəsi ilə gündəmə gəlir
Artıq onun adına həm “facebook”da, həm də “instagram”da səhifələr var. Həmin hesablar vasitəsi ilə Səlifovun yeni-yeni fotoları paylaşılır. Həmin profilləri ya Səlifovun özü işlədir, ya da “qanuni oğru”nun yaxınlığında olanlardan biri…
Ötən gün “Lotu Quli” bir daha gündəmə gəldi. O, bu dəfə “instagram”da canlı yayım etməklə diqqət mərkəzinə düşdü ki, bu da birmənalı qarşılanmadı. İzləyicilər “qanuni oğru”nun sosial şəbəkədən istifadəsini doğru hesab etmədilər.
Məsələ ilə bağlı kriminal aləmlə əlaqədar araşdırma yazıların müəllifi olan Bəhram Çələbi ilə əlaqə saxladıq. “Kriminal aləm nümayəndələrinin sosial şəbəkədən istifadəsi nə dərəcədə doğrudur?” sualımıza araşdırmaçı-yazar belə cavab verdi:
“Lotudursa, telefondan istifadə edə bilməz? Elə şey olar? Bu, dünyanın hər yerində məqbul sayılır. Kriminal avtoritet niyə hər gün yenilənən texnologiyadan istifadə etməsin ki? Bu yaxınlarda toya da canlı yayımla qoşulmuşdu. Türmədə olanda da “Skype”dan istifadə edirdi. İndi də telefonla danışa, “instagram”dan da istifadə edə bilər. Bu, müsbət məqamdır. Hər şeydən istifadə edə bilər. Kimsə “olmaz” deyə bilməz”.
Qeyd edək ki, “instagram”da kriminal aləm nümayəndələrinin adına açılan kifayət qədər hesablar var.
Yenicag.Az
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər