BolgeXeber.Com » Xəbərlər » DİN: İlhamə Quliyevanın oğlu Orxan Nadirov axtarışda olub

DİN: İlhamə Quliyevanın oğlu Orxan Nadirov axtarışda olub

9-12-2017, 12:39
Oxunub: 3 798 DİN: İlhamə Quliyevanın oğlu Orxan Nadirov axtarışda olubDaxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub.