Deputatlar Yeni ili harda qarşılayacaq? (SORĞU)
9-12-2017, 17:05
Oxunub: 2 118
Qarşıdan 2018-ci il gəlir. Ayın sonunda bizi iki möhtəşəm bayram - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gözləyir
Qaynarinfo bəzi millət vəkillərimizin bayramla bağlı planlarını öyrənməyə çalışıb. Əksər deputatlarımız telefon zənglərimizi cavabsız qoysa da, bəziləri ilə danışa bildik. Onların açıqlamalarını təqdim edirik.
Vahid Əhmədov: "Mən Yeni ili ailəmlə birlikdə Azərbaycanda keçirməyi düşünürəm. Ölkədən kənara çıxmayacam. Həmişə bayramları Qubada keçirirəm. Həm Qubanın millət vəkiliyəm, həm də uşaqlarımı, nəvələrimi ətrafıma toplayıb sakit şəkildə bayram qeyd edirəm".
Fazil Mustafa: "Əslində bayram üçün xüsusi bir planım yoxdur. Adətən hara gedəcəyimə ayın 28-29-dan sonra qərar verirəm. Açığı, ötən il bayramı restoranların birində keçirtdim və peşman oldum. Çünki bayram keçirmə mədəniyyəti bizdə çox aşağıdır. Bəziləri içib özlərini səviyyəsiz aparırlar. Elə hərəkətlər edirdilər ki, dəhşətə gəlirdim. Dalaşan kim, söyüşən kim. Ona görə düşünürəm ki, rayonlarımızın birinə gedib təbiət qoynunda bayramı qeyd edim".
Aqil Abbas: "Harda keçirəcəm ki? Bayramda ailəmlə evimizdə olacam".
Araz Əlizadə: "Bayramı evdə və ailəmlə keçirəcəm. Bilirsiniz, Yeni ili, Novruz bayramını insan gərək öz evində, ailəsiylə birgə qarşılasın".
Fuad Muradov: "Milli Məclisin işi ayın 29-u bitir. İclasımız olacaq. Və bundan sonra istirahətə buraxılırıq. Adətən hər il bayramı ya ailəmlə birgə evimdə, ya da hər hansı rayonda qeyd edirəm. Bu il hələlik qərar verməmişik. Amma çox güman ki, Quba-Qusar tərəfə gedəcəyik. Yəqin ki, gedib xizək sürərik".
Fərəc Quliyev: "Mənim öz adətim var. Yeni ildə həmişə ailəmlə birgə evimdə oluram".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər