Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri işləri davam etdirilir
14-12-2017, 18:09
Oxunub: 3 703
“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri çərçivəsində işlər uğurla davam etdirilir
Belə ki, təmir olunan binaların dam örtükləri yenidən qurulur, blok girişlərinin və pilləkən qəfəsələri əsaslı təmir olunur, qapı və pəncərələri, kommunikasiya xətləri yenilənir. Həmçinin ətraf ərazidə də abadlıq işləri həyata keçirilir. Müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahat dincəlmələri üçün istirahət guşələri yaradılır, həyətlərinə dekorativ tipli döşəmə daşları vurulur. Təmir işlərinin aparıldığı növbəti binlardan biri də Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən 16 ailəlik çoxmənzilli yaşayış binasıdır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra şəxsləri ilə birlikdə işin gedişatı ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər