Akif Çovdarov: “Mən Eldar Mahmudovun üzünə durmamışam”
19-12-2017, 15:34
Oxunub: 4 507
Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə 12 il azadlıqdan məhrum edilmiş keçmiş MTN generalının vəkili Kamandar Nəsibov bildirib.
"Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib”
Xatırladaq ki, bundan əvvəl saytlardan biri Akif Çovdarovun Mahmudovla üzləşdirildiyi və onun əleyhinə ifadə verməyə razılaşdığı haqda yazmışdı. Vəkil bildirir ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.
"Nə istintaq dövründə nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil. Mən jurnalistləri yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıram” - vəkil deyib.
Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər