BolgeXeber.Com » Xəbərlər » Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO

Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO

19-01-2018, 22:58
Oxunub: 3 505 Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi qəhrəmanlıq və qan yaddaşımız olan “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verib

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr tarixə Qanlı 20 Yanvar hadisələri kimi həkk olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşaiyət edilib.
Qanunsuz yeridilmiş qoşunların nəticəsində Bakıda və respublikanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozuldu, Azərbaycan Respublikasının suveren hüquqları tapdalandı. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.
Belə ağır və müsibətli bir vaxtda xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi.
Ulu öndər Heydər Əliyev xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Xalqımız və şanlı dövlətimiz bu qanlı tarixi keçmişi unutmur. Bolgexeber.com xəbər verir ki, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və idarənin tabeliyində olan bütün mədəniyyət müəssisələri də 20 yanvar faciəsinin 28-ci ildönümünü silsilə tədbirlərlə yad edir. Belə ki, tədbirlərdə zamanla xalqımızın başına gətirilmiş müsibətlərdən və vətənin müdafiəsi uğrunda canından keçmiş qəhrəman vətən oğullarından söz açılaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Regional İdarənin tabeliyində olan bütün mədəniyyət müəssisələri, o cümlədən idarənin Yevlax şəhər nümayəndəliyi də 20 Yanvar Faciəsinin 28-ci il dönümünə həsr edilmiş silsilə anım tədbirləri təşkil edib.
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan “Unutsaq unudularıq ”adlı tədbirdə çoxsaylı mədəniyyət işçiləri və rayon ziyalıları iştirak edib.

Tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Respublikanın Əməkdar Mədədniyyət işcisi Eldəniz Mustafayev açıb və xalqımızın tarixi şəxsiyyəti gözəl həkim, gözəl şair Abbas Səhətin “Vətənimdir “şeirini söyləyib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib və 20 yanvar hadisələrinə həsr olunmuş video-xronika təqdim olunub. Tədbirin davamı olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyi üzrə məsləhətçisi Rafiq Məmmədov çıxış edib və bildirib ki, “Bu gün Xalqımız bu faciədə həyatdan köçmüş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların Şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır, çünki vətən və torpaq Şəhidləri ilə ucalır”. Tədbir məktəblilərin səsləndirdiyi əbəbi-bədii kompozisiya ilə davam edib.

20 yanvar faciəsinin 28- ci ildönümü Yevlax şəhər Tarix-Diyarşünaslıq Muzeyində də anılıb. Tədbiri giriş sözü ilə muzeyin direktoru Aygün Qasımova açıb və Azərbaycanın şərəfli tarixindən, vətənin azadlığını qanları bahasına qazanmış qəhrəman vətən oğullarından geniş məlumat verib və onların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət çağırıb. O qeyd edib ki, “Azərbaycan xalqı heç bir zaman bu faciəni unutmur və şəhid olan vətəndaşlarımız da hər zaman bizim qəlblərimizdə yaşayır”.

Daha sonra məktəbli şagirdlər 20 Yanvar faciəsi ilə bağlı kompazisiyalarını və çıxışlarını təqdim ediblər. Bədii hissədən sonra şagirdlərlə 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə Yəldili kənd mədəniyyət evinin direktoru Vidadi Hüseynov açıb və 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığından danışıb. O, həmçinin qeyd edib ki, “Həmin gün xalqımızın igid övladları sovet ordusunun ağır hərbi silahlı texnikalarının qarşısına silahsız çıxaraq əsl fədailik göstəriblər”. Daha sonra şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və məktəbli şagirdlərin təqdimatında ədəbi- bədii kompozisiya səsləndirilib.

İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərində də 20 Yanvar - Ümumxalq hüzn günü silsilə tədbirlərlə anılıb. Şəhər 1, 2 nömrəli uşaq musiqi, Xaldan, Malbinəsi, Yuxarı Qarxun kənd və Aran Qəsəbə uşaq musiqi məktəblərində keçirilən tədbirlərdə faciəni özündə əks etdirən məruzə, mühazirələr oxunub, dəyirmi masalar təşkil olunub, söhbətlər aparılıb.Tədbirlərdə 20 Yanvar hadisələrinin iştirakçıları da iştirak edib ki, onlar da öz növbələrində müdhiş gecədə xalqımızın başına gətirilmiş müsibətlərdən danışıblar.
Regional İdarənin Tərtər rayon nümayəndəliyi də 20 Yanvar - Ümumxalq hüzn gününü silsilə anım tədbirləri ilə qeyd ediblər. Nümayəndəliyin tabeliyində olan uşaq musiqi məktəbində, Mədəniyyət Mərkəzində, klub müəssisələrində, kitabxanalarda, Tarix muzeyində, Heydər Əliyev Mərkəzində faicəylə bağlı silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə zamanla xalqımıza qarşı olunan fitnəkar əməllərdən, aparılan soyqrım siyasətindən və bu yolda vətən müdafiəsi uğrunda canından keçmiş qəhrəman vətən oğullarından söz açılıb.

İdarənin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinə həsr olunmuş “Tarix Unudulmur!” adlı tədbir təşkil olunub. Tədbirdən öncə Elektron Kitabxananın hazırladığı kitab sərgisinə baxış keçirilib. Sonra dəyirmi masa ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova faciə haqqında, onun tarixindən, səbəblərindən danışıb və bunun təkcə matəm günü deyil həm də qəhrəmanlıq səlnaməmizin başlanğıcı olduğunu qeyd edib. Sonda məktəblilərin ifasında şerlər və kompazisiya səsləndirilib.

İdarəsinin tebeliyində olan Tərtər rayon Tarix –diyarşünaslıq muzeyində ”Qanlı 20 Yanvar” adlı tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən muzeyin direktor əvəzi Aybəniz Məmmədova 20 Yanvar 1990-cı il tarixində xalqımızın başına gətirilən müsibətdən danışıb. Sovet imperiyası ordusunun əliyalın, dinc əhalini vəhişcəsinə qətlə yetirilməsindən ürək ağrısı ilə söhbət açan Aybəniz xanım bunun məqsədyönlü bir şəkildə hazırlanmış qətliam olmasını diqqətə çatdırıb. Tədbirin davamı olaraq məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Son olaraq tədbir iştirakçıları da öz fikirlərini paylaşıblar.

Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrində də 20 yanvar faciəsi silsilə tədbirlərlə anılıb.

Təşkil olunan silsilə tədbirlərin bir qismi isə Regional İdarənin tabeliyində olan və Bərdə rayonunda yerləşən uşaq musiqi və incəsənət məktəblərinin təşkil etdikləri tədbirdir. Şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbləri, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, həmçinin Divanlı, Kolayır və Kətəlparaq kənd uşaq musiqi məktəblərinin təşkil etdikləri anım tədbirlərinində qanlı faciədən, dünyada görünməyən soyqırım aktının törədilməsindən böyük ürək yanğısı ilə söhbət açılıb. O da ba bildirilib ki, Məhz o çətin gündə, ağır 20 Yanvar günündə xalqın səsinə hər kəsdən əvvəl səs verən də ümummilli lider Heydər Əliyev olub. O dövrdə Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etib və qoşunların Bakıdan çıxarılmasını tələb edib.

Bərdə rayon Tarix-diyarşünaslıq muzeyilə Bərdə Dövlət Rəsm Qalereyasının birgə təşkil etidiyi tədbirdə öncə adlarını tarixə qanları ilə yazan qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Bərdə rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru əvəzi Mehriban Əliyeva “Qanlı Yanvar” hadisələrindən geniş söz açaraq bildirdi ki, : - “Biz heç bir zaman xalqımıza qarşı törədilmiş bu hadisələri unuda bilmərik və bundan sonra da gələcək nəsillərə bu həqiqətləri çatdıracağıq”. Tədbirdə çıxış edən digər çıxışçılar da bugünkü azadlığımızın qazanılmasında 20 yanvar şəhidlərinin müstəsna rolu olmasından söz açaraq onların ruhu qarşısında baş əydiklərini söyləyiblər.

Bərdə rayon Mədəniyyət Mərkəzi də silsilə olaraq anım tədbirləri təşkil edib. Mərkəzdə fəaliyyət göstərən “Təsvir-incəsənət dərnəyi üzvlərinin 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Vətən Şəhidləri ilə ucalır”, “20 Yanvar- Unutmadıq, Unutmayacağıq”, “Azadlıq toxumu səpdi şəhidlər” adlı rəsm əsərlərindən ibarət sərgilər və kompozisiyalar səsləndirilərək faciə qurbanları yad edilib.

Anım tədbirləri təkcə Bərdə rayon Mədəniyyət Mərkəzində deyil, Mərkəzin filiallarında da qeyd edilir. 1,2,3,4 nömrəli şəhər klubları, Divanlı kənd xalq yaradıcılığı evi, Otuz İkilər kənd Mədəniyyət evi,Mirzəxan kənd mədəniyyət evi,Saatlı kənd mədəniyyət evi, Şatırlı kənd mədəniyyət evi,Şirvanlı kənd mədəniyyət evi,Həsənqaya folklor evi,Mehdixanlı folklor evi, Vəliuşağı kənd Mədəniyyət evi, Qaraqoyunlu, Alpoud, Kələntərli kənd mədəniyyət evi,Soğanverdilər kənd mədəniyyət evi,Alpot kənd mədəniyyət evi, Böyük Göyüşlü,Məmmədli Hacallı, Lək, Mustafaağalı,Balaqəcər,Ərəblər,Güloğlular,Uğurbəyli, Lənbəran kənd klublarında “20 yanvar” faciəsi ilə bağlı anım tədbirləri keçirilib. Tədbirlərdə ümumxalq hüzn günündən söz açılaraq Azərbaycan xalqının zamanla başına gətirilən bəlalardan danışılıb, həmçinin, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də 20 yanvar faciəsi silsilə tədbirlərlə anılıb.

Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində 20 Yanvar hadisəsinin 28-ci ildönümü ilə əlaqədar “Qanlı Yanvar” başlığı altında kompazisiya təşkil olunub. Tədbir iştirakçıları öncə şəhər ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət ediblər. Şəhidlərin məzarı üzərinə tər gül dəstələri düzülərək onlara rəhmət dilənib. Tədbirin ikinci hissəsində isə məktəbli şagirdlərin hazırladığı kompozisiya təqdim olunub.

Nümayəndəliyin nəzdində fəaliyyət göstərən Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət, 11 illik musiqi və Bülbül adına uşaq musiqi məktəblərində 20 Yanvar-Ümümxal hüzn günü günü ilə əlaqədar anım tədbirləri keçirilib. Tədbirlərdə qanlı yanvar gecəsini, xalqımıza qarşı törədilmiş vəhşilikləri əks etdirən rəsm əsərləri nümayiş olunaraq kompozisiyalar səsləndirlib.

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi Kitabxanada 20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədar “Tarixin qan yaddaşı” mövzusunda kompozisiya təşkil olunub. Çıxış edənlər xalqın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinə 1990-cı il 20 Yanvar gecəsinin şərəfli bir gün kimi daxil olduğunu qeyd edərək, o qanlı hadisədən ürək yanğısı ilə danışıblar.

Qeyd edək ki, anım tədbirləri mədəniyyət müəssisələri tərəfindən davam etdirilir.
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO
Bərdədə “20 yanvar” faciəsi ilə bağlı silsilə tədbirlərə start verilib-FOTO