Xətainin icra başçısı rus nağılları qəhrəmanlarının axırına çıxdı
2-02-2018, 16:37
Oxunub: 3 643
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun göstərişi ilə "Urfa" restoranının qarşısında quraşdırılmış rus xalq nağılları qəhrəmanlarının heykəlləri məhv edilib
Virtualaz.org dünən xəbər vermişdi ki, rayon ərazisindəki “Urfa” restoranının qarşısında qoyulmuş nağıl personajlarının - Küpəgirən qarı, Ölməz Kaşey, habelə müxtəlif dəniz quldurlarının heykəlləri öz avtomobili ilə yaxınlıqdan keçən icra hakimiyyətinin başçısı Razim Məmmədovun qəzəbinə tuş gəlib. O, beş ildən çoxdur ki, restoranının qarşısında qoyulan və paytaxt sakinlərində xoş təbəssüm yaradan bu heykəllərə nəyə görəsə bərk qəzəblənib və tabeçilyindəki şəxslərə göstəriş verib ki, heykəlləri söksünlər. Görünür, başçının fikrincə, onun “votçinasında” belə heykəllərə yer ola bilməz.
Və budur, artıq bu gün səhər Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları restorana gələrək öz başçılarının göstərişini yerinə yetiriblər. Bütün heykəllər - Küpəgirən qarı, Ölməz Kaşey, habelə digər nağıl personajları məhv edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər