Sumqayıtda faciə: bir ailənin 6 üzvü öldü (SİYAHI)
5-03-2018, 12:35
Oxunub: 2 235
Sumqayıtda bir evdə 6 meyit tapılıb
“Qafqazinfo”nun verdiyi xəbərə görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.
Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
***
Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.
Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.
***
Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binanın zirzəmisində yaşayrmış.
***
Vəfat edənlər kişi, həyat yoldaşı, qızı və nəvələridir.
***
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, həlak olan şəxslər bunlardır:
1961-ci il təvəllüdlü Rafiq Hüseynov
1965-ci il təvəllüdlü Yeganə Hüseynova
1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova
2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov
2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova
2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər