BolgeXeber.Com » Xəbərlər » Bakıda temperatur 10 dərəcə aşağı enəcək – Nazirlikdən XƏBƏRDARLIQ

Bakıda temperatur 10 dərəcə aşağı enəcək – Nazirlikdən XƏBƏRDARLIQ

28-03-2018, 15:42
Oxunub: 1 392 Bakıda temperatur 10 dərəcə aşağı enəcək – Nazirlikdən XƏBƏRDARLIQEkologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.