Cəlilabad seçiciləri Malik Həsənov haqqında nə yazır...
20-01-2020, 11:59
Oxunub: 2 282
Seçicilər Bölgə TV-dən nə xahiş etdi? Bir məktubun izi ilə...
Bölgə Televiziyası (Bölgə TV) olaraq rayonlarda insanların sosial problemlərini işıqlandırmaqda davam edirik. Bu dəfə yolumuz Cəlilabad rayonundan düşdü. Göytəpə şəhərində, Təzəkənd, Alar, Ocaqlı, Privolnoye, Hamarqışlaq, Seyidbazar, Astanlı, Cəngan, Eçara kəndlərində seçicilərlər görüşüb onların sosial problemlərini işıqlandırmağa çalışdıq. Açığı, adıçəkilən kəndlərdən biz daha çox narazılıqlar gözləyirdik. Təsadüfi deyil ki, Cəlilabad rayonundan digər rayonların da birləşik (Masallı, Biləsuvar) seçki məntəqələri daxil olmaqla üç deputat xalqı təmsil edib.
Bir həftə davam edən çəkiliş posesində adıçəkilən kəndlərdə ümumilikdə 150-dən artıq seçici ilə görüşüb onların problemlərini dinlədik. Düzdür, bu kəndlərdə obyektiv və subyektiv səbəblərdən problemləri illərlər həll olunmayan seçicilər də var idi, lakin daha çox görülən işlərin təqdimatı və seçicilərin razılığı ilə rastlaşdıq.
Bəs söhbət hansı seçicilərdən gedir? Onlar məktub da hazırladılar. Kənd sakinləri ayaqüstü məktub yazaraq Bölgə TV vasitəsilə 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Malik Həsənova çatdırmağımızı xahiş etdilər. Öncə onu qeyd edək ki, M.Həsənova ünvanlanan məktubda adıçəkilən seçicilərin çoxu onun əvvəl deputat olduğu dairənin seçiciləri deyil. Yəni həmin rayondan deputat seçilmiş digər şəxslərin seçiciləri də həmin məktuba imza atdılar. Seçicilər bildirdilər ki, M.Həsənov təkcə deputat olduğu müddət deyil, daim cəlilabadlıların dərdinə şərik olub, onların sosial problemlərini həll edib, bir sözlə, M.Həsənovun qapısı seçicilərin üzünə həmişə açıq olub. İllərlə susuz olan kəndlərdə içməli su quyuları qazılıb, məscidlər tikilib, təhsil müəssisələri təmir olunub, ucqar kəndlərə gediş-gəlişin rahat olması üçün müasir asfalt örütüyü çəkilib, işsiz insanların işlə təmin olunması üçün bütün lazımı tədbirlər həyata keçirilib, insanlar xeyir-şər işlərini layiqincə keçirə biliblər. Xüsusilə də, rayondan olan şəhid ailələrinə daim diqqət göstərilib, onların övladlarının ehtiyaclarının ödənilməsində, maddi problemlərinin həllində, təhsil məsələlərində M.Həsənov bilavasitə iştirak edib, həlli illərlər uzanan problemləri yerindəcə həll edib. Heç şübhəsiz ki, bütün bu görülən işlərin kökündə dövlət başçısı İlham Əliyevin apardığı uğurlu sosial siyasət dayanır!
Cəlilabad sakinlərinin məktubunu bir hissəsini olduğu kimi təqdim edirik: “Siz təkcə rayonumuzda deyil, Bakıda da övladlarımıza iş vermisiz. Sizin sayənizdə içməli su problemimiz həll olunub, kəndlərimizdə quyular qazılıb, yollar çəkilib. Qısası, Cəlilabadın bütün kəndlərinin seçiciləri adından sizə təşəkkür edirik...”.
Sakinlərlə görüşü yaxın saatlarda Bölgə TV-dən izləyə bilərsiz...
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- Dünən, 14:10 : Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
Gündəm
- 24-01-2021, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 13:50 : Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı – VİDEO
Siyasət
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə