Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib - FOTO
20-01-2020, 11:49
Oxunub: 4 973
Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib
Bolgexeber.com xəbər verir ki, Şəhid Muradov Məhəmməd Yadulla oğlunun və şəhid Əliyev Kamil Fazil oğlunun ailə üzvləri ilə görüşən Peyman Sadıqov bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.
Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Deputatlığa namizəd Peyman Sadıqov görüş zamanı Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu deyib: “Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız. Sizin sosial rifahınız yaxşılaşması və ehtiyaclarınızın qarşılanması üçün indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq. Daha sonra Peyman Sadıqov bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq - Vətən uğrunda canlarını qurban veriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, Peyman Sadıqova 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar, ailə üzvləri ilə birlikdə seçkilərə gələcəklərini və əminliklə Peyman Sadıqova səs verəcəklərini bildiriblər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər