“Arvadına bir stəkan çay almır, məşuqəsinə restoranda qonaqlıq verir”
17-04-2018, 16:13
Oxunub: 2 688
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən “Yerimdəyəm” verilişinin qonağı olub. Kişi-qadın dostluğunun müzakirə olunduğu verilişdə jurnalist verdiyi səsli-küylü açıqlamalarla diqqəti öz üzərinə çəkib.
Seymur Verdizadə kişilərin qadınlarla dostluq etməsinin vacib olduğunu bildirib. Tanınmış jurnalist deyib ki, kişi qadınla dost olmayanda düşmənə çevrilir və bunun acısını cəmiyyət yaşayır: “Kişilərlə qadınların dostluğunun baş tutması üçün vacib bir amil var: gərək kişilər qadınlara seksual obyekt kimi baxmasınlar. Bunun üçün kişilər hisslərini şüurlarına tabe etməlidirlər. Müşahidələrim onu deməyə əsas verir ki, bunu bacaran kişilərin sayı çox azdır. Buna görə də kişilərlə dostluq edən qadınlar çox vaxt onların məşuqəsinə çevrilirlər. Nəticədə başqa bir qadın, yəni, həmin kişinin həyat yoldaşı gözüyaşlı qalır”.
Tanınmış jurnalist ailədaxili ziddiyyətlətin yaranmasında kişilərin rolunun daha böyük olduğunu bildirib: “Bir dostum var, ötən gün restoranda qarşılaşdıq. Yanında bir xanım vardı. Onu mənə öz dostu kimi təqdim etdi. Həmin dostum ailəli olduğu 22 il ərzində hansısa istirahət mərkəzində həyat yoldaşına bir stəkan çay almayıb, amma məşuqəsinə restoranda hər gün qonaqlıq verir. Bu cür hallar ailə institutunun zəifləməsinə gətirib çıxarır”.
Verilişin digər qonağı, müğənni İzzət Bağırov Seymur Verdizadə ilə həmrəy olduğunu bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər