BolgeXeber.Com » Xəbərlər » Gömrük xidmətinin inkişaf strategiyası – iqtisadi maraqlarımız necə qorunur?(VİDEO)

Gömrük xidmətinin inkişaf strategiyası – iqtisadi maraqlarımız necə qorunur?(VİDEO)

18-04-2018, 17:42
Oxunub: 1 695 Gömrük xidmətinin inkişaf strategiyası – iqtisadi maraqlarımız necə qorunur?(VİDEO) 27 il öncə Azərbaycan müstəqillik əldə etməklə yeni bir mərhələyə qədəm qoydu

Müstəqilliyimizin sarsılmaz xarakter alması, mərhum prezident Heydər Əliyevin uzaqgörən siyasəti dünya dövlətləri sırasında Azərbaycanın özünə layiqli yer tutmasında mühüm rol oynadı. 1993-cü ildən başlayaraq Azərbaycanın bütün sahələr üzrə yüksələn xətlə inkişafı təmin edildi. Ölkəmizin suverenliyinin təmin edilməsi ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlı idi. Qısa bir zamanda gömrük işi təkmilləşdirildi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirildi və ümumdünya gömrük sisteminə inteqrasiya istiqamətində uğurlu addımlar atıldı. Gömrük Xidməti bu gün də dövlət başçısı İlham Əliyevin bütün tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirir. Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır. Dövlət başçısı sahibkarlara münbit şəraitin yaradılmasını prioritet amil kimi bütün əlaqədar qurumların qarşısında əsəs tələb kimi qoyub. Elə sahibkarların birbaşa bağlı olduğu əsas dövlət qurumlarından biri də Gömrük xidmətidir. Hazırda Gömrük xidməti ilə sahibkarlar arasında qanunla tənzimlənən çox gözəl münasibətlər mövcuddur. Gömrük xidmətinin əməkdaşları ilə vətəndaşlar arasındakı üsniyyət də sıfıra endirilib. Ən müasir texnologiyaların tətbiqi nəticəsində sahibkarlar istədiyi vaxt və istədiyi formada tələb və təkliflərini irəli sürə bilirlər. Bütün sahibkarlar qanun çərçivəsində Gömrük xidməti ilə əməkdaşlıqdan məmnundurlar. Məsələn, Gömrük xidməti ilə bağlı hazırladığımız bu sujetdə sahibkarların da mövqeyini dərc etməyə çalışdıq. Bəs onlar necə düşünür? Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissə ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri danılmazdır. Rəhbərliyi dövründə ən müasir texnologiya və ideyaların tətbiqinə önəm verən gömrük komitəsinin sədri Aydın Əliyev öz sələfinin bu sahədəki əvəzolunmaz addımlarını davam etdirdi. Sahibkarların daha çox üz tutduğu Bakı şəhər Baş Gömrük İdarəsi hüquqi-normativ aktları rəhbər tutaraq onların bütün maraqlarının təmin olunması istiqamətində addımlar atıb. Zaman-zaman müxtəlif bədxah qüvvələr sahibkarların daha çox üz tutduğu Bakı Şəhər Baş Gömrük İdarəsi ilə də bağlı dezinformasiyalar yayaraq, guya “karqo” karuseli deyilən bir sistemin birbaşa həmin idarənin adı ilə bağlı olduğunu iddia edirlər. Heç şübhəsiz ki, bütün bunlar şəffaf işləyən, sahibkarların hüquqlarını ən yüksək səviyyədə təmin edən Bakı şəhər Baş Gömrük İdarəsinə qarşı atılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Harda inkişaf varsa, orada əmək, nəticə, məhsul var. Harda əmək varsa, bədxah qüvvələrin də şər-böhtan yağdırması təbiidir. Əsası Azərbyacan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, prezident İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyan Gömrük xidməti dövlət müstəqilliyimizin əsas atributlarından biridir və qurumun əməkdaşları bu gün öz peşə fəaiyyətlərini uğurla davam etdirirlər.
Bolgexeber.com