Heydər Əsədov alimlərin pulunu niyə vermir?
19-04-2018, 12:12
Oxunub: 2 908
Məlum olduğu kimi, ötən ilin sonlarında Nazirlər Kabinetinin qərarı ilə elmi dərəcəsi olan şəxslərin vəzifə maaşları artırılıb.
Cebhe.info-nun məlumatına görə, bu qərar bütün alimlərə aid edilməyib.
Qərara əsasən, Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru dərəcəsi olan şəxslərə 50 manat, bilavasitə ixtisası üzrə çalışanlara 100 manat, fəlsəfə doktoru dərəcəsi olan şəxslərə 30 manat - bilavasitə ixtisası üzrə çalışanlara 60 manat, dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda ixtisası üzrə çalışan şəxslərə elmlər doktoru dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru dərəcəsinə görə isə 40 manat əlavə müəyyənləşib. Bildirilir ki, göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulan bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınacaq. Elmi dərəcəyə və adlara görə müəyyənləşdirilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.
Baxmayaraq ki, qərarda dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elm adamlarının da adı çəkilir, Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələrində çalışanlara hələ ki, bu artımı almayıblar.
Qeyd edək ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Məlumatlara görə, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının əməkhaqlarında bu artımlar nəzərdə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər