Azərbaycanlı məktəbli qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR
20-04-2018, 11:05
Oxunub: 2 663
Dünən Cəlilabad rayonun Bayxanlı kəndində 16 yaşlı məktəbli qızın intihar etməsi hadəsisi ilə bağlı bəzi məqamlar üzə çıxıb
Lent.az xəbər verir ki, orta məktəbin 10-cu sinif şagirdi olan 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı əməsi oğlu ilə dalaşandan sonra həyatına qəsd edib. Belə ki, əmisi oğlu 16 yaşlı Aytacın telefon işlətməsini ona irad tutub. Yeniyetmə qız isə atasının ona telefon almadığını, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, kiminləsə yazışmadığını deyib. Bundan sonra əsəblərinə hakim ola bilməyən qız dama gedərək özünü asıb.
Bayxanlı kənd orta məktəbinin direktoru Firudin Qürbətov Lent.az-a bildirib ki: “Aytac Kamranova yaxşı davamiyyəti olan, məsuliyyətli və tərbiyəli şagird olub. Son iki gün idi dərsə gəlmirdi. Valideynləri noxud alağı üçün icazə alıb. Buna görə də hadisənin baş verdiyi gün, yəni dünən də dərsdə olmayıb. Bununla belə məktəbin ən sevilən, tərbiyəli, qanacaqlı şagirdlərindən biri idi. Hadisənin səbəbi araşdırmadan sonra dəqiq bilinəcək”.
Qeyd edək ki, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər