BolgeXeber.Com » Xəbərlər » Leyla Əliyeva internat məktəbində

Leyla Əliyeva internat məktəbində

21-04-2018, 11:57
Oxunub: 3 430 Leyla Əliyeva internat məktəbindəLeyla Əliyeva internat məktəbdə olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində olub. Bxüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır. Leyla Əliyeva internat məktəbindəki şəraitlə tanış olub, eyni zamanda, Fond tərəfindən yaradılan sinifdə uşaqlarla görüşərək, onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanıb. Bildirilib ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür. Daha sonra internat məktəbinin şagirdləri, o cümlədən Rusiyada müxtəlif veriliş və festivallarda iştirak edən istedadları öz ifalarını təqdim ediblər.
Bolgexeber.com