“Dünya” məktəbində kütləvi zəhərlənmə: - 50 şagird, 4 müəllim...
23-04-2018, 15:01
Oxunub: 3 156
Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verib
Bolgexeber.com xəbər verir ki, “unikal.org”a daxil olan məlumata görə, zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib.
Belə ki, ötən həftəsonu məktəbin bufetində yemək yeyən uşaqlar sonradan özlərini piss hiss etməyə başlayıblar. Zəhərlənən şagirdlər valideynlərinin köməkliyi ilə Bakıda xəstəxanalara yerləşdirilib və onların mədə-bağırsaqları yuyulub.
“Dünya” məktəbi təlim-tərbiyə müəssisəsinin direktoru Mərufə Mədətli Unikal.org-a açıqlamasında baş verən hadisəni belə şərh edib:
“Bu hadisə ötən həftə baş verib. Hazırda 50 şagird və 4 müəllimimiz səhhətləri ilə əlaqədar məktəbə gəlmirlər”.
M.Mədətli baş verən hadisəni zəhərlənmə ilə deyil, qrip virusu ilə əlaqələndirib:
“Şagirdlərimiz qripə yoluxublar. Ona görə, dərsə gəlmirlər. Valideynlər isə övladlarının məktəbdə yedikləri qidadan zəhərləndiyini bizə deyirlər. Bəzi valideyinlər var ki, baş verən hadisəyə görə, qorxudan uşaqlarının məktəbə gəlməsinə icazə vermirlər. Bu məsələ ilə bağlı araşdırma aparılır. Şagirdlərə verilən qidadan nümunələr götürülərək, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib”.
Binəqədi Rayon Gigiyena və Epidemeologiya Mərkəzinin şöbə müdiri Mülayim Abıyeva Unikal.org-a açıqlamasında deyib ki, paytaxt salatı və digər qidalardan nümunələr götürmüşük: “Bu həftənin sonuna kimi, nümunələrin nəticəsi açıqlanacaq. Bundan sonra biləcəyik ki, şagirdlərin zəhərlənməsi nədən baş verib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər