Sabiq MTN generallarına hökm oxundu
23-04-2018, 17:09
Oxunub: 2 905
Bakı Hərbi Məhkəməsində Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, məhkəmənin hökmü ilə Sübahir Qurbanov, Füzuli Əliyev 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov, Natiq Əliyev 10 il 6 ay, Anar Şirəliyev, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Təqsirləndirilən Natəvan Mirvətovaya 5 il, Fərhad Atayevə və Elşən Əzizova 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Atayev və Əzizov iclas zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, dövlət ittihamçısı general Sübahir Qurbanova, Teymur Quliyevə 16 il, Füzuli Əliyevə 15 il, Natiq Əliyevə 14 il, Zaur Məmmədova 13 il, Natəvan Mirvətovaya 12 il, Elşad Əzizova 8 il, Fərhad Atayevə, Anar Şirəliyevə və Eşqin Əliyevə 7 il cəza təyin edilməsini xahiş edib.
Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər