Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi: “Nöqsanlara yol verilib”
24-04-2018, 17:16
Oxunub: 3 533
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, prezident İlham ƏliyevFuad Muradovla görüşərək ona konkret tapşırıqlarını verib.
O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.
Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, müəyyən nöqsanlara yol verildiyini vurğulayıb.
O, F. Muradovun rəhbərliyi ilə indiyədək yol verilmiş nöqsanların aradan qaldırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad MuradovMilli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər