BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəliklərində “Book cafe”lərə start verilib
Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəliklərində “Book cafe”lərə start verilib
27-04-2018, 12:47
Oxunub: 4 795
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir, Yevlax şəhər, o cümlədən Bərdə və Tərtər rayon nümayəndəliklərində “Book cafe”lərə start verilib.
Artıq respublikanın paytaxtında olduğu kimi bölgələrdə də kitab kafesi mədəniyyəti yayılmaqdadır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 11 aprel 2016-cı il tarixli 127 nömrəli Əmri ilə “Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, işlərinin optimallaşdırılmasına dair 2016-2018-ci illər üzrə Tədbirlər Planı”nın icrasına uyğun olaraq, Bərdə Regional Mədəniyyət İdarəsinin tapşırığı ilə əhalinin, xüsusən gənclərin, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, gənclərin kitabxanalara cəlb edilməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, kitab mütaliəsinə marağın artırılması məqsədi ilə regional idarənin tabeliyində olan Mingəçevir, Yevlax şəhər, o cümlədən Bərdə və Tərtər rayon nümayəndəliklərində “Book cafe” təşkil edilir.
Artıq ən-ənə halını almış “Book cafe”lərdən biri də məhz regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemində təşkil olunub. Yaradılan “Book cafe” yəni kitab kafesinin yaradılması barədə geniş məlumat verən MKS-nin direktoru Havva Mirzəyeva bununla yetişməkdə olan gənc nəslin, o cümlədən gənclərin kitabxanaya cəlb olunmasından, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasından, uşaq yaşlarından kitaba sevginin formalaşdırılmasından bəhs edib. Havva xanım onu da qeyd edib ki, “Ən-ənə halını alan “Book cafe”lər artıq bir neçə yerdə də regional idarənin rəisi İlyas Hacıyevin iştirakı ilə fəaliyyətə başlayıb və bu layihə uğurla davam etdirlir”.
Sonda onu da qeyd edək ki, “Book cafe”lərin fəaliyyəti regional idarənin tabeliyində olan digər şəhər və rayon nümayəndəliklərində də mütamadi olaraq davam etdirilir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər