BolgeXeber.Com » Xəbərlər » Saxta sənədlərlə ev satan dəllalın məhkəməsi - axtarışa verilib, həbs edilib

Saxta sənədlərlə ev satan dəllalın məhkəməsi - axtarışa verilib, həbs edilib

27-04-2018, 17:33
Oxunub: 2 012 Saxta sənədlərlə ev satan dəllalın məhkəməsi - axtarışa verilib, həbs edilibBakıda müxtəlif şirkətlərin adından saxta sənədlər düzəldərək vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham edilən dəllal hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Zaur Əbilov bir neçə tanışı ilə əlbir olaraq ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib.

Z.Əbilov müxtəlif MTK-ların adından saxta sənədlər hazırlayaraq vətəndaşların etibarından sui-istifadə edərək onlara ev satacağını deyib və onların külli miqdarda pulunu ələ keçirib.

Belə ki, o, Yeganə Manaflıya Bakıxanov qəsəbəsində tikilən binadan ev satacağını vəd edib.

Saxtalaşdırılmış sənədlərdən istifadə edərək onun etibarından sui-istifafə edərək 28 min 500 manatını alıb.

Digər zərərçəkmiş Tural Hüseynovun isə 33 min 843 manatını ələ keçirib.

T.Hüseynova AKKORD şirkətinin tikdiyi binadan ev satacağını söyləyib.

Elşad Muradovun isə etibarından istifadə edərək Binəqədi rayonundakı fərdi yaşayış evini ona satacağını vəd edərək aldadıb. Bu məqsədlə də ondan 10 min manat alıb.

Digər zərərçəkniş isə Elgün Ələkbərovdur. İttihamda yazılır ki, E.Ələkbərov ev almaq adı ilə Z.Əbilova 95 min manat verib. Z.Əbilov OBA MTK-ya məxsus binadan ona ev satacağını vəd edib və şirkətin adından saxta sənədlər hazırlayıb.

Z.Əbilov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 178.2.2 (dələduzluq; təkrarən törədildikdə) maddələri ilə ittiham edilir.

Zaur Əbilov ittihamla özünü qismən təqsirli bilib və deyib ki, etdiyi əməllərdə yanlışlıq var və peşmandır. O, sadəcə Elgün Ələkbərovun epizodu üzrə öxünü təqsirli bilməyib. Deyib ki, bu işdə adı keçən digər şəxslər Elgün Ələkbərovu aldadıb.

Zərərçəkmiş E.Ələkrov isə puluşəxsən Z.Əbilova verdiyini deyib bə dəymiş zərərin ödənilmədiyini söyləyib.

Digər zərərçəkmiş Tural Hüseynov isə ona dəymiş 33 min 843 manatlıq ziyanın bir hissəsinin ödənildiyini deyib: "Zaur axtarışda olan 14 500 manat borc qalmışdı. Həmin vaxt 5 min də ödədi. Anası ilə də 4500 manatlıq borc müqaviləsi bağladıq. Amma aylar keçsə də cəmi 150 manat ödənilib. Mən barışıq ərizəsi yazmışam, amma pulumu ödəmirlər".

Xatırladaq ki, Zaur Əbilov təqsirləndirilən şəxs qismində əvvəıki məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun barəsində qərar qəbul edilib.

Qərara əsasən, Z. Əbilov axtarışa verilib və onun barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri dəyişdirilib.

Təqsieləndirilən şəxs məhkəmədən və bəzi zərərçəkmişlərdən qaçmasını belə izah edib: "Başqa şəxslərə də borcum var idi. Onları ödəmək, nəsə etmək üçün qaçırıdım".

Z.Əbilov Bakıda ev dəllalı kimi fəaliyyət göstərib.