Gənc xanıma bu nazirlikdə yüksək vəzifə verildi
2-05-2018, 15:39
Oxunub: 5 209
Kənd Təsərrüfatı Nazirliyində ümumi şöbənin müdiri vəzifəsinə təyinat olub
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib.
O bildirib ki, bu vəzifəyə Qumaş Həsənli təyin edilib.
Qeyd edək ki, Qumaş Salman qızı Həsənli 21 mart 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 2011-ci ildə Bakı Slavyan Universitetinin Magistratura pilləsinə qəbul olunub. Hazırda Prezident yanında İdarəçilik Akademiyasında Rəhbər kadrların yenidən hazırlanması fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirir. 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin Kadr və yerli orqanlarla iş sektorunun baş məsləhətçisi vəzifəsinə qəbul olunub.
2016-cı il 1 iyun tarixində Ümumi şöbənin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri, 4 noyabr 2016-cı il tarixində Ümumi şöbənin müdirinin müavini-Vətəndaşların qəbulu, ərizə və şikayətlərlə iş sektorunun müdiri təyin edilib. Bu ilin mayın 1-dən isə ümumi şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq icra edir. (minval.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər