Dənizin altında Atatürkün rəsmini çəkdi
2-05-2018, 16:20
Oxunub: 2 808
Türkiyədə keçirilən festivalda qeyri-adi hadisə baş verib
Ailətravel.net-in türk mətbuatına istinadən verdiyi xəbərə görə, İzmirdə keçirilən Zeytunlu Köşk Beynəlxalq Sənət festivalı üçün 29 rəssam Urla Pınarlı adasına gedib.
Festivalda Turqut Qəhrəman adlı rəssam hamını heyran qoyub. O, 10 metr dərinliyə enərək dənizin altında Atatürkün portretini çəkib.
Rəssam daha sonra açıqlamasında dənizin altında rəsm çəkməyin çətin, ancaq zövqlü olduğunu bildirib.
Xatırladaq ki, festival aprelin 26-dan mayın 6-sına qədər davam edəcək. Festivala Azərbaycan, Xorvatiya, Litva, Bolgarıstan və digər ölkələrdən sənətçilər qatılıb. Sənət, idman və tarixi özündə əks etdirən festival ilk günlərdən insanların marağına səbəb olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər