Eldar Mahmudov vəkil tutdu
3-05-2018, 13:24
Oxunub: 1 884
Bu gün Yasamal rayon Məhkəməsində keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutun iclasa E.Mahmudov gəlməyib. Lakin onun vəkillə müqavilə imzaladığı bəlli olub. Məhkəmədə keçmiş nazir Eldar Mahmudovu vəkil Cavid Rzazadə təmsil edib.
İşə əlavə cavabdeh kimi cəlb edilən Maliyyə Nazirliyinin nümayəndəsi prosesdə iştirak etməyib.
M. Mustafayev çıxış edərək bildirib ki, E.Mahmudova sualları var: “Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını təmin etməyinizi xahiş edirəm”.
C.Rzazadə bildirib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.
Hakim M. Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını bildirib.
Daha sonra vəkil Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini bildirib və zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb. M. Mustafayev isə prosesin açıq olduğunu deyib.
Vəkil qeyd edib ki, M. Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs kimi qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.
Ardınca M. Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. Əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib,
E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilib. M. Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan alıb ona ödəməsini istəyib.
İddiaçı nazirliyin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək işin Nəsimi Rayon Məhkəməsinə istəyib.
M. Mustafayevin vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes