BolgeXeber.Com » Xəbərlər » İnsanlıq dərsi: ayaqqabısını kimsəsizə hədiyyə etdi - VİDEO

İnsanlıq dərsi: ayaqqabısını kimsəsizə hədiyyə etdi - VİDEO

4-05-2018, 13:14
Oxunub: 2 221 İnsanlıq dərsi: ayaqqabısını kimsəsizə hədiyyə etdi - VİDEOTürkiyənin Samsun şəhərində tramvayda hərəkət edən sərnişinlərdən biri ibrətamiz addımla gündəmə gəlib

Uşağı ayaqqabısız görən şəxs ona yaxınlaşaraq öz ayaqqabılarını azyaşlıya hədiyyə edib.

Hadisəni lentə alan digər sərnişinlərdən birinin bunu sosial şəbəkəyə yerləşdirməsi Türkiyə ictimaiyyətində böyük maraqla qarşılanıb. Hadisənin qəhrəmanı axtarılarkən onun 21 yaşlı iraqlı Məhəmməd Basim Əlsamarrai olduğu üzə çıxıb.

Samsun şəhərinin meri Zihni Şahin iraqlıya şəxsən təşəkkür etmək üçün onun evinə gedib. Yağışlı havada öz ayaqqabılarını azyaşlıya verən iraqlı hadisə barədə bunları deyib: "Ayağında ayaqqabısı yox idi. Özümü saxlaya bilmədim. Belə bir halla ilk dəfə idi rastlaşırdım. Bir az danışdıqdan sonra ayaqqabımı çıxarıb ona verdim. Ayaqqabısız necə yol gedəcəyini düşündüm. Mən 5-10 dəqiqə getdiyim halda ayaqlarım çox ağrıdı. Uşağı ayaqqabısız görəndə çox kədərlənmişdim. Ona öz ayaqqabımı verərkən ayaqyalın olmayacağını düşünərək çox xoşbəxt oldum"./faktxəbər